Günəş tutulmasının bürclərə təsiri açıqlandı
20-04-2023, 17:24
29 012

Günəş tutulmasının bürclərə təsiri açıqlandı

Astroloqlar bu gün baş verəcək günəş tutulmasının bürclərə qarşı təsirini açıqlayıb. 
Bu barədə “UNIAN“ portalı məlumat yayıb. 
Günəş tutulmasının bürc dairəsinin qətiyyətli, inadkar və enerjili nümayəndəsi olan Qoç bürcündə baş verdiyinə inanılır. Bütün enerji münaqişələrə, müharibələrə, problemlərin həllinə yönəldiləcək. Bu da hadisənin hər kəsə təsir edəcəyi güman edilir. 
Bəs, günəş tutulması ayrılıqda bürclərə necə təsir edəcək? 
Qoç
Qoç bürclərini maliyyə sahəsində xoş xəbərlər alacağı gözlənilir. Ətrafdakı bir çox insanlar sizin çətin məsələləri necə həll etdiyinizə baxacaq və sizə heyran olacaq. Merkuri planeti günəş tutulması ilə birlikdə sizin görməzdən gəldiyiniz şeyi düzəltmək üçün geri qaytaracaq. Əgər daşınmaz əmlakınız varsa onu satmaq, yeni avadanlıq almaq və ya başqa bir mənzilə köçmək üçün gözəl vaxtdır. 
Buğa
Günəş tutulmasl sizə özünüzü dəyişmək üçün imkanlar verəcək. Siz öz karyeranız və gələcək planlarınız üzərində işləyəcəksiniz. Bəlkə də işinizi dəyişəcəksiniz. Astroloqlar böyük miqyaslı satış işləri və ya daha yaxşı həyat tərzinə keçid proqnozlaşdırırlar. Aprelin 20-dən etibarən keçmiş dostlarla və ya sevgililərlə görüşmək ehtimalı yüksəkdir. bu kontekstdə baş verən hər hansı bir hadisəyə məna yükləməyə çalışmayın. 
Əkizlər
Aprelin 20-dən etibarən bu bürcün nümayəndələri üçün hüquqları uğrunda mübarizə dövrü başlayır. Uzun müddətdir sizi narahat edən vəziyyətlər ortaya çıxacaq və bunlar arasında seçim etməli olacaqsınız. Başqalarının kömək etməyəcəyinə hazırlıqlı olun. Öz işlərinizin öhdəsindən gəlməyə cəhd göstərin. Bir çox Əkizlər köhnə əlaqələri bərpa etmək üçün fürsət əldə edəcəklər. Günəş tutulması əkizləri keçmişin xoş olmayan izlərini silməyə kömək olacaq. 
Xərçəng 
Xərçənglər üçün günəş tutulması ailə və yaxınlarınıza daha çox diqqət yetirilməsinə səbəb olacaq. İşdə və evdə vəziyyəti yaxşılaşdırmaq üçün ailənizə daha da bağlanacaqsınız. Sevgi münasibətləri arxa plana keçəcək, karyera birinci sıraya keçəcək. Qazanclı iş təkliflərini gözləyin və peşəkar inkişaf üçün səy göstərin.
Şir 
Günəş tutulması Şirlərə yaxşı təsir göstərəcək. Belə ki, bürcün nümayəndələri yeni şeylər öyrənməyə və inkişaf etməyə başlayacaq. Bu addım həmçinin sosial rifahınızı da  artıracaq. Həyatınızda sizə kömək edəcək bir insanla tanışlıq üçün böyük qazanacaqsınız.  Əsas odur ki, qarşınıza düzgün məqsədlər qoyun. Bürcün bir çox nümayəndəsi dostlardan dəstək alacaq və öz layihələrini inkişaf etdirə biləcəklər.
Qız 
Qız bürclərinin daşınmaz əmlaklarında böyük dəyişikliklər gözləyir. Bu həm satış, həm də alışla bağlıdır. İş yerində sizə gəlirli müqavilələr təklif olunacaq və ya vəzifələr veriləcək. Bunlarla yanaşı, şəxsi həyatınızda çətinliklər də olacaq. Bəzi dost və tanışlarınızla vidalaşmalı olacaqsınız. Çünki onlarla əvvəlki münasibətlərin artıq olmadığını hiss edəcəksəniz.  Astroloqlar, günəş tutulması zamanı yeni bir şeyə başlamağı deyil, köhnə səhvləri düzəltməyi məsləhət görürlər.
Tərəzilər
Bürcün  nümayəndələri üçün günəş tutulması dostluq və iş münasibətləri sahəsində müəyyən dəyişikliklərin olacağını vəd edir. Həmkarlar və dostlarla ünsiyyət anlayışı dəyişəcək. Səyahət və işgüzar səfərlərdə yaranacaq fürsətləri qaçırmayın. Bəlkə də bu sizin vəzifə yüksəlişiniz üçün son şanslardan biridir. Çalışıb heç kəslə münaqişə etməyin.  Sevgi münasibətlərində isə tərəziləri çox gözəl yeniliklər gözləyir. 
Əqrəblər
Günəş tutulmasının təsiri ilə əqrəblər ehtiras və hisslərə qərq olacaqlar. Astroloqlar onları ayıq olmağa və vəsvəsələrə tab gətirməməyi tövsiyə edir. Partnyor və ya uğurlu ilk tanışlıq sayəsində qazanc əldə etmək mümkündür. Günəş tutulmasından sonra istəkləriniz dəyişəcək. Belə ki, artıq məqsədiniz iş yeniliyindən sağlamlığa keçəcək. Bu günlərdə ailə və dostlarınızla daha çox vaxt keçirin. 
Oxatanlar
Günəş tutulması oxatanların yaradıcılıq sahələrinə müsbət təsir edəcək. Bu aralar hobbinizi qazanc yoluna çevirə bilərsiniz. İşlə bağlı imzalanan hər hansı müqavilələr uğurlu olacaq. Həmçinin, günəş tutulması maliyyə sektorundakı müsbət dəyişikliklərlə özünü büruzə verəcək. Risk edib hər hansı bir sahəyə sərmayə qoyun. Mütləqdir ki, düzgün idarə olunma ilə uğur əldə edəcəksiniz. 
Oğlaq
20 aprel oğlaq bürcləri üçün yeniliklərlə dolu olacaq. Çoxları yeni mənzilə köçəcək, kimisi evlənəcək və ya evlərində təmirə başlayacaq. Astroloqlar yeni münasibətlərin qurulması və ya bərpa edilməsini vəd edir. Sadəcə iş həyatlarındakı sevgi münasibətlərə qarşı həssas yanaşmaq məsləhət görülür. Belə ki, əgər belə bir istək varsa, ən yaxşı addım bu münasibətə başlamamaqdır. Əks halda planlaşdırdığınız hər şey məhv olunacaq. Hər şeyə reaksiya verməməyə çalışın. İşdəki problemləri evə yansıtmayın. 
Dolça
Günəş tutulmasının təsiri ilə dolçalar qohumlarla münasibətləri bərpa edəcək. Onlarla daha tez-tez görüşəcək və problemlərini həll edəcək. Sevgi sahəsində də böyük dəyişikliklər gözlənilir. Valideyn olmağı arzulayanlar tezliklə övlad sahibi olacaq. Günəş tutulması zamanı edəcəyiniz hərəkətlər gələcəyə ciddi təsir edəcək. Astroloqlar mayın 14-dək mənzil və ya avtomobil almağı məsləhət görmürlər.
Balıqlar
Balıqlar günəşin tutulması ilə əlaqəli bədxərclik edəcəklər. İş həyatındakı vəzifə yüksəlişləri təəssüf ki, sevgi münasibətlərində gözlənilmir. Hətta uzunmüddətli münasibəti olanları ayrılıqlarla qarşılaşacaqlar. 
Ailədaxili münasibətlərin həll olunması üçün yaxşı vaxtdır. Artıq valideynləri ilə problemi olan balıqlar qismən barışığa səy göstərməlidir. Özünü inkişaf etdirmək, yeni maraqlı işlərlə məşğul olmaq balıqlar üçün yaxşı təsir bağışlayacaq. 

Oxşar xəbərlər