Avroviziyaya dəvət edilməyən Ruslanadan etiraz!
23-04-2023, 11:08
9 349

Avroviziyaya dəvət edilməyən Ruslanadan etiraz!

Ukraynaya ilk dəfə Avroviziyada birincilik gətirən Ruslana müsabiqənin builki finalına dəvət edilməməsinə münasibət bildirib.
Sənətçi Liverpulda baş tutması planlaşdırılan yarışmaya çağırılmadığı üçün sərt reaksiya verib.
“”Avroviziya 2023-ün finalına dəvət almadım. Ukraynanın önəmli simaları həmin gecədə səhnə alacaq. Amma ilk qalib kimi mən çıxış edə bilməyəcəyəm. Bu, mənə qarşı hörmətsizlikdir”.
Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukrayna olsa da, müharibə şəraiti davam etdiyi üçün yarışa Böyük Britaniya ev sahibliyi edir.

Oxşar xəbərlər