Operatoru öldürən aktyor bəraət qazandı
23-04-2023, 13:13
9 327

Operatoru öldürən aktyor bəraət qazandı

Aktyor Alek Bolduinə qarşı qəsdən adamöldürmə ittihamı ləğv edilib.
Bu barədə aktyorun vəkilləri açıqlama veriblər:
“Biz Alek Bolduinə qarşı ittihamların ləğv olunması qərarından məmnunuq və bu faciəli hadisənin detallarını hərtərəfli araşdırmağa çağırırıq”.
Qeyd edək ki, “Rust” (“Pas”) filminin çəkilişləri zamanı Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb və nəticədə ekran işinin operatoru Qalina Hatçins dünyasını dəyişib.

Oxşar xəbərlər