Burak Sergen həyat yoldaşını məhkəməyə verdi
23-04-2023, 15:23
9 270

Burak Sergen həyat yoldaşını məhkəməyə verdi

Türkiyəli aktyor Burak Sergen həyatının təhlükədə olduğunu bildirib.
Buna səbəb isə boşanmaq üzrə olduğu xanımı Nihan Ünsalın davamlı olaraq onu təhqir edərək qapısına gəlməsidir.
Aktyor onu aldatdığı deyilən həyat yoldaşı üçün məhkəmədən uzaqlaşdırılma qərarının verilməsini istəyib. Tələbi haqlı hesab edən hakim Ünsalın 1 ay Burak Sergenə yaxınlaşmamasına qərar verib.
Qeyd edək ki, bu, Burak Sergenin üçüncü evliliyi idi. 62 yaşlı aktyor özündən 28 yaş kiçik olan Nihan Ünsalla 2021-ci ildə ailə həyatı qurub. Onlar cəmi 4 ay evli qaldıqdan sonra boşanmaq qərarına gəliblər. 

Oxşar xəbərlər