“Twitter”də mavi işarə sahiblərini təhqir edən abunəçilərə həmin işarədən verildi
24-04-2023, 22:33
10 501

“Twitter”də mavi işarə sahiblərini təhqir edən abunəçilərə həmin işarədən verildi

Ödənişli “Twitter Blue” abunəliyinə qarşı çıxan bir neçə məşhur “Twitter” istifadəçisinə analoji abunə ödənişsiz olaraq verilib.
Mavi işarə alanlar arasında #BlockTheBlue heşteqi ilə “Twitter Blue”ya qarşı çıxan istifadəçilər də var.
Xüsusilə “Twitter Blue” abunəçilərini “ağılsız əclaflar” adlandıran @dril, eləcə də @MattBinder və @hasanthehun mavi işarəni pulsuz alanlar sırasındadırlar. Onlar oxucuları abunə haqqını ödəyən və mavi işarə alanları bloklamağa çağırırdılar.
İndi aktivistlərin özləri “Twitter Blue” abunəçisi olublar. İstifadəçilərin əmin etdiyi kimi, onlar bu xidmət üçün pul ödəməyiblər və bunun necə baş verdiyini bilmirlər.
“Twitter” və İlon Mask hələ də “Twitter Blue” tərəfindən bağışlanan abunəliklərə münasibət bildirməyib.
Mənbə: gazeta.ru

Oxşar xəbərlər