
Dünya
24-04-2023, 17:45
7 490
Disneylenddə yanan mexaniki əjdaha panikaya səbəb olub
ABŞ-ın Kaliforniya ştatındakı Disneyland əyləncə parkında şənbə günü şou zamanı 13 metr hündürlüyündə "Malefisenta" adlı mexaniki əjdaha qəfildən alovlanıb. Yanğın nəticəsində tüstünün səmanı bürüdüyü görülüb. Alov sürətlə yayıldığından ətrafdakı insanlar təşviş içində qaçıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürərkən, yanğında xəsarət alan olmadığı açıqlanıb.