Donbasda gecə döyüşləri şiddətlənib
24-04-2023, 18:26
7 602

Donbasda gecə döyüşləri şiddətlənib

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Donetskin Kramatorsk şəhəri səhərə qədər Rusiya Ordusunun fasiləsiz mərmi atəşinə məruz qalıb.
“Baxmut, Avdeyevka, Mariinsk şəhərlərində isə vaqnerçilərin separatçılarla birgə 80-ə yaxın hücumunun qarşısı alınıb”, - deyə jurnalist əlavə edib.
M.Aslanovun sözlərinə görə, Ukraynanın Zaporojye və Xarkov vilayətlərində də vəziyyət gərginləşib:
“Xüsusilə Xarkovun İzyum və Rusiya ilə sərhəd bölgələrinə ötən gecə dayanmadan raket hücumları olub”.
Daha ətraflı Baku TV-nin süjetində:


 

Oxşar xəbərlər