Banqladeşdə ildırım 9 nəfərin həyatına son qoyub
24-04-2023, 18:38
7 608

Banqladeşdə ildırım 9 nəfərin həyatına son qoyub

Banqladeşdə ildırım vurması nəticəsində azı 9 nəfər ölüb.
Bu barədə xarici mətbuat xəbər verir.
Ölüm halları Sunamqanc, Maulvibazar və Silhet dairələrinin müxtəlif rayonlarında qeydə alınıb. Hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi vaxt baş verib.
Qeyd edək ki, Banqladeş 2016-cı ildə ildırım vurmasını təbii fəlakət elan edib.

Oxşar xəbərlər