Qarabağdakı sülhməramlıların komandanı dəyişə bilər
25-04-2023, 14:46
912

Qarabağdakı sülhməramlıların komandanı dəyişə bilər

Rusiya hakimiyyəti Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovu geri çağırmaq qərarına gəlib.
Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. 
Bildirilir ki,  hakimiyyət Volkovun işindən narazıdır və onu başqa bir şəxslə əvəzləyəcək. 
"Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb", -  deyə KİV qeyd edib. 

Oxşar xəbərlər