Lavrovun müavini İrəvanda Qarabağdakı vəziyyəti müzakirə edib
26-04-2023, 12:01
1 650

Lavrovun müavini İrəvanda Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 
Rusiya KİV xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün bütün istiqamətlərdə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
"Regiondakı vəziyyət, ilk növbədə, ciddi narahatlıq doğuran Dağlıq Qarabağda Rusiya sülhməramlı qoşunlarının məsuliyyəti zonasında vəziyyətin gərginləşməsi kontekstində ətraflı müzakirə edilib", - məlumatda deyilir.
Bundan əlavə, onlar əlaqələri davam etdirmək barədə razılığa gəliblər. 

Oxşar xəbərlər