Tanınmış müğənni İlon Maska əsəbiləşdi
26-04-2023, 19:00
8 789

Tanınmış müğənni İlon Maska əsəbiləşdi

İlon Maskın “twitter” hesablarındaki mavi təsdiq nişanını pullu etdikdən sonra bir çox məşhurlar bu özəllikdən məhrum olub. 
Bu tanınmışlar arasında Beyons, Harri Keyn, Riçard Osman və Viktoriya Bekhem kimi dünya ulduzları var. 
Bu məşhurlar ödəniş etdikdən sonra onların mavi nişan işarələri geri qayıdıb. Ancaq ödəməni edən türkiyəli müğənni İrem Dericinin isə həmin təsdiq nişanı aktivləşməyib. 
Buna əsəbiləşən Derici sosial şəbəkədə İlon Maskı işarələyərək üsyan edib. 
“Dünya qədər pul verdim. Haradadır mənim mavi təsdiq nişanım?”,-deyə müğənni bildirib. 
Qeyd edək ki, İrem Derici aylıq 8 dollar olan bu mavi təsdiq nişanı üçün illik ödəniş edib. 

Oxşar xəbərlər