Stadionda insan qalıqları tapıldı
26-04-2023, 18:38
7 080

Stadionda insan qalıqları tapıldı

Moskvadakı E.A.Streltsov adına “Torpedo” stadionunun yenidən qurulması zamanı insan qalıqları tapıldı. 
Rusiya KİV bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, tikinti aparılan ərazidə kəllə və sümüklər aşkar edilib. İlkin məlumatlara görə, qalıqların yaşı 100 ilə yaxındır. Hazırda ekspertlər tapıntını öyrənirlər.
Məşhur stadionun yerində yeni idman arenası tikilir.

Oxşar xəbərlər