Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
27-04-2023, 11:23
1 679

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 188 920 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 694 tank, 7 178 zirehli maşın, 2 887 artilleriya sistemi, 542 reaktiv yaylım atəşi sistemi, 293 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 461 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 805 avtomobil texnikası və avtosistern, 352 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər