Kadir Doğulu axır ki, danışdı - "Mənim Neslihandan başqa..."
27-04-2023, 11:48
1 625

Kadir Doğulu axır ki, danışdı - "Mənim Neslihandan başqa..."

Qadınlarla səmimi görüntüləri yayıldığı üçün bir neçə gündür haqqında çox danışılan aktyor Kadir Doğulu səssizliyini pozub.
Doğulu başqa bir qadınla kəbində olduğu iddiası ilə bağlı açıqlama verib. 
“Mənim Neslihandan başqa imam nikahlı həyat yoldaşım yoxdur”,- deyə o bildirib.  
Aktyorun klubların birində səmimi rəqs etdiyi Sezer Çakır adlı qadın da məsələ ilə bağlı danışıb. 
Onun sözlərinə görə, belə vəziyyətdə adının çəkilməsindən artıq dərəcədə narazıdır. 
“Sosial şəbəkələrdə yayılan iddiaları ciddiyə almasam da, ailəm, yaxınlarım və Kadirin ailəsi üçün açıqlama verirəm. 
Mən hər hansı şou fiquru deyiləm. Buna görə də belə bir hadisədə adımın çəkilməsi son dərəcə narahat edicidir. Kadir mənim çox sevdiyim dostumdur. Digər dostlarım kimi. Bu xəbər sadəcə pis niyyətlə hazırlanmış ssenaridir. Bundan əlavə, həyatım boyu heç kimin həyatında ikinci həyat yoldaşı və ya başqa alternativ qadın olmamışam. Bu səbəbdən imam evliliyi xəbərləri çox gülməlidir”, - Çakır qeyd edib. 



 

Oxşar xəbərlər