iPhone 15 Pro-nun yeni FOTOLARI
27-04-2023, 18:36
6 996

iPhone 15 Pro-nun yeni FOTOLARI

İnternetdə iPhone 15 Pro-nun yeni CAD render fotoları ortaya çıxıb.
Xarici KİV bildirir ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələri sensorlu analoqlar ilə əvəz edəcək. Ortaya çıxmış yeni CAD render fotolarda isə görmək olar ki, şirkət bu ideyadan imtina edib. Beləliklə iPhone 15 Pro smartfonları səsin tənzimlənməsi üçün ənənəvi fiziki düymələri əldə edəcəklər. Lakin fiziki düymələr məsələsində sözügedən smartfonlarda bir dəyişiklik olacaq.
Söhbət, iPhone-larda olan səssiz rejimə keçid düyməsindən gedir. İndiyənə kimi olmuş bütün iPhone modellərində smartfonların səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizminə sahib olub. Yəni istifadəçi öz smartfonunu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq istədikdə həmin düyməni sola və ya sağa sürüşdürməli olur. Lakin iPhone 15 Pro modellərində həmin düymə ənənəvi düymə mexanizminə sahib olacaq. Yəni onu sürüşdürməyə ehtiyac qalmayacaq. İstifadəçi smartfonu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq üçün sadəcə olaraq müvafiq düyməyə klikləməli olacaq.
Məlumata əsasən həmin düyməyə digər əməliyyatları da qoşmaq mümkün olacaq. Buna misal olaraq kamera tətbiqinin işə salınmasını gətirmək olar. Bununla belə iPhone 15 ilə iPhone 15 Plus sürüşdürmə mexanizminə sahib düyməni özlərində qoruyub saxlayacaqlar. Bundan əlavə olaraq CAD render fotolarda görmək olar ki, smartfonlar nazik ekran ətrafı çərçivələri və yuvarlaq kənar hissələri əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
iPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARI

Oxşar xəbərlər