İranda azərbaycanlı müğənninin konsertindən sonra etirazlar alovlandı
28-04-2023, 12:55
1 364

İranda azərbaycanlı müğənninin konsertindən sonra etirazlar alovlandı

Güney Azərbaycandakı soydaşlarımız molla rejiminə qarşı etirazlarını davam etdirir. 
Azərbaycanlı müğənni Rəhim Şəhriyarın Təbrizdə konserti baş tutub. Konsert bitdikdən sonra insanlar dəmiryolu meydanına toplaşaraq hökumət əleyhinə və Azərbaycana dəstək şüarları səsləndiriblər. 
Qeyd edək ki, Rəhim Şəhriyar İranda çox sevilən azərbaycanlı müğənni və "Araz" musiqi qrupunun qurucusudur. 

 

Oxşar xəbərlər