Kirkorovun səhnə kostyumlarının qiyməti dodaq uçuqlatdı
28-04-2023, 13:51
1 573

Kirkorovun səhnə kostyumlarının qiyməti dodaq uçuqlatdı

Filipp Kirkorovun stilisti onun öz yubiley konsertində geyinəcəyi paltarların qiymətini açıqlayıb.
Stilist Maksim Anufenko bildirib ki, yubiley şousunda geyiniləcək paltarlara ümumilikdə 1 milyon avro xərclənib. 
“Elə təkcə “Romanlar” mahnısının ifası zamanı geyəcəyi tunikanın qiyməti 80 min avro təşkil edir. Geyimlər Filipp üçün xüsusi hazırlanıb, məşhur brendin məhsullarıdırlar”.
Filipp Kirkorov səhnəyə təmtəraqlı və qeyri-adi libaslarda çıxmağı sevir. Son illər o daha çox musiqiləri ilə deyil, epatajlı görüntüsü ilə diqqət çəkir.

Oxşar xəbərlər