Yeniyetmə silahla məktəbə hücum etdi: 4 nəfər...
28-04-2023, 15:00
7 315

Yeniyetmə silahla məktəbə hücum etdi: 4 nəfər...

Türkiyədə 17 yaşlı oğlan ov tüfəngi ilə məktəbə hücum edib.
Xarici mətbuat xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində qeydə alınıb.
Yeniyetmə İsa.D. ona siqaretlə bağlı xəbərdarlıq edən direktor müavini ilə mübahisə edib. Yeniyetmə mübahisədən sonra ov tüfəngi ilə məktəbə basqın edib. Hadisə zamanı 1 şagird və daha 3 nəfər yaralanıb.
Yeniyetmə saxlanılıb.


 

Oxşar xəbərlər