Köpək balığı gəmiyə HÜCUM ETDİ
28-04-2023, 16:50
7 584

Köpək balığı gəmiyə HÜCUM ETDİ

Avstraliyanın Bermaqi şəhərinin sahillərində qəzəbli köpəkbalığı peşəkar balıqçı Ceyson Moyesin gəmisinə hücum edib.
Xarici KİV xəbər verir ki, Moyesin sözlərinə görə, dəniz yırtıcısı ilə qarşılaşma sürətli və güclü olub.
Qəzəblənən köpəkbalığı yan tərəfə o qədər dəyib ki, gəminin mavi boyasında köpək balığının izləri qalıb. Zərbədən dərhal sonra o, üzərək uzaqlaşıb.
Balıqçının sözlərinə görə, köpəkbalığının uzunluğu təxminən dörd metr olub.

Oxşar xəbərlər