“Amnesty İnternational” nümayəndəsi erməni vəhşiliklərindən yazdı - Fotolar
4-12-2020, 15:36
220

“Amnesty İnternational” nümayəndəsi erməni vəhşiliklərindən yazdı - Fotolar

“Amnesty İnternational” təşkilatının baş məsləhətçisi Donatella Rovera İkinci Qarabağ müharibəsi zamanı törədilmiş müxtəlif erməni vəhşiliklərindən yazıb.
Bu barədə öz tvitter hesabında bir sıra paylaşımlar edib.
“Anar və Nurçin və 8 qonşusu 11 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yatarkən öldürülüb”,- deyə təşkilatın nümayəndəsi Gəncə terroru nəticəsində yaranmış dağıntıların fotolarını paylaşaraq şərh edib.


Hüquq müdafiəçisi paylaşımlarında Ermənistan tərəfindən 17 oktyabrda törədilən növbəti müharibə cinayətinə də toxunub:
“Nigar oktyabrın 15-i keçiriləcək doğum günü ərəfəsində qohumları və qonşuları, o cümlədən bir neçə azyaşlı ilə birlikdə Ermənistan qüvvələri tərəfindən 17 oktyabrda Gəncəyə atılan ballistik raket zərbəsi nəticəsində həlak olub”.
“O mənim yeganə övladım idi, hər şeyim idi”,- deyə Rovera Nigarın anasından sitat gətirib.

Rovera, həmçinin ermənilərin Kəlbəcərdən çıxarkən azərbaycanlıların dəfn olduğu qəbirstanlıqda törətdiyi vandalizm aktlarını da ictimailəşdirib.
“Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki bir qəbiristanlıqda 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları dağıdılıb. Bəzi qəbirlərin 27 illik işğaldan sonra ərazini tərk edən ermənilər tərəfindən təzəlikcə dağıdıldı görünür”,- deyə hüquq müdafiəçisi bildirib.




Oxşar xəbərlər