Zaporojye AES yaxınlığında mina partlayıb
29-04-2023, 16:14
19 299

Zaporojye AES yaxınlığında mina partlayıb

Bu həftə Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında mina partlayıb.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib.
O bildirib ki, stansiyanın yaxınlığında bir mina partlayıb. Qrossinin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye AES-də olan ekspertləri də raket hücumu xəbərdarlığından sonra sığınacağa qaçmağa məcbur olublar. Eyni zamanda, bölgədə döyüş əməliyyatları davam etdiyi üçün uzaqdan atəş səsləri də eşidilib.
Mənbə: RBC-Ukrayna

Oxşar xəbərlər