Türkiyə daxili işlər naziri yeni neft mənbəyi barədə müjdə verdi
29-04-2023, 20:25
19 514

Türkiyə daxili işlər naziri yeni neft mənbəyi barədə müjdə verdi

Türkiyə daxili işlər naziri Süleyman Soylu Qabar dağında tapılan yeni neft mənbəyi ilə bağlı müjdə verib.
Nazir bu barədə Qaziosmanpaşada qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə deyib.
“Enerjimizin tam müstəqil olmasına nail olmalıyıq. Hamımız birlikdə. Tam müstəqil. Bunun üçün Sakarya qazı önəmlidir. İndi hər gecə Qabardan şad xəbər aldıqları zaman məlumat verirlər. İndi rəqəmləri açıqlamayacam. Yaxın günlərdə daha ətraflı açıqlama veriləcək. Amma biz bir neft mənbəyindən artıq gündə 8 min 900 barel neft hasil etməyə başlamışdıq və bu da Türkiyəyə rahatlıq gətirəcək. İndi daha bir böyük neft mənbəyinin tapılması ilə bağlı böyük məmnunluq və sevinc hissi yaşayırıq. Allah bizə kömək edir. Əvvəllər Batman neft şəhəri idi, indi Şırnak neft şəhəridir”, - deyə o qeyd edib.
Mənbə: TRTHaber

Oxşar xəbərlər