Liviyanın Baş naziri: “Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik durur”
29-04-2023, 14:03
17 542

Liviyanın Baş naziri: “Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik durur”

“Bu gün bu mərasimdə iştirakım Türkiyə və Liviya xalqları arasında tarixi bağları göstərir”.
“Report” xəbər verir ki, bunu İstanbulda Atatürk Hava Limanında Türkiyənin Havaçılıq, Kosmos və Texnologiya Festivalı – “Texnofest-2023”də çıxışında Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə bildirib.
O vurğulayıb ki, Türkiyə bu gün uğurlu dövlət idarəçiliyi modeli yaradıb: “Bu idarəçilik xalqa və millətə xidmət edir. Son günlər açılışı olan Akkuyu AES-lə əlaqədar Türkiyənin AES-ə sahib olması münasibəti ilə təbrik edirəm. Türkiyənin elektrik enerjisinə ehtiyacının 10 faizi bu AES hesabına təmin olunacaq”.
Liviyanın Baş naziri qeyd edib ki, Türkiyə bu gün bütün təzyiqlər qarşısında dik durur: “Türkiyədə baş verən zəlzələdən sonra fəlakətin nəticələrinin necə sürətlə aradan qaldırıldığını hamımız görürük”.
Ə.Dibeybə söyləyib ki, bu gün keçirilən festivalda Türkiyənin kosmik sahədə necə inkişaf etdiyini görmək mümkündür: “Türkiyənin texnoloji şirkətlərinə, xüsusən də “Baykar” şirkətinə Liviyanın hava məkanının qorunmasına verdiyi töhfəyə görə təşəkkür edirəm”.

Oxşar xəbərlər