Polşada polis Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındırdı
29-04-2023, 14:24
17 538

Polşada polis Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındırdı

Varşava meriyası polisin müşayiəti ilə Rusiya səfirliyinin nəzdindəki məktəbin qapısını sındıraraq içəri daxil olub. Bu, Rusiya tərəfinin təhsil müəssisəsinin qapısını açmaq barədə tələbə məhəl qoymamasından sonra baş verib. Hüquq-mühafizə orqanları daha sonra özləri darvazaya kilid vurublar.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Qeyd edək ki, Polşa hökuməti Rusiya səfirliyinin nəzdindəki məktəb binasını müsadirə etmək qərarına gəlib. Bununla bağlı Polşa Xarici İşlər Nazirliyi iki daşınmaz əmlak obyektinə qarşı icraatın başlanması təklifi ilə səlahiyyətli dövlət orqanlarına müraciət edib. Rusiya səfirliyinin sözçüsü Andrey Ordaş bildirib ki, Rusiya tərəfi binanın müsadirəsi ilə bağlı bütün qərarları qanunsuz hesab edir.
Polşa, həmçinin, Rusiya səfirliyinin hesablarındakı vəsaiti müsadirə etmək qərarına gəlib.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Oxşar xəbərlər