İranda kişi velosipedçilərdən qadın idmançıları dəstəkləyən addım
30-04-2023, 15:16
10 029

İranda kişi velosipedçilərdən qadın idmançıları dəstəkləyən addım

İranın Mazandaran vilayətində velosiped yarışlarında kişi idmançılar mükafatlandırma platformasını boykot etməklə qadın idmançıları dəstəkləyiblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı görüntülər paylaşıb.
Bildirilir ki, hökumət orqanlarının Mazandaranda keçirilən velosiped yarışlarında qadın idmançıların iştirakına qadağa qoymasından sonra belə bir addım atılıb.
İslam Respublikasının qadınların hüquqlarını məhdudlaşdıran qanunlarına qarşı kişilərin birliyi və iranlı qadınları dəstəklədikləri bu görüntülər sosial şəbəkələrdə geniş əks-səda doğurub.

 

Oxşar xəbərlər