İranda məcburi hicab qanununa görə ilk dəfə avtomobilə həbs qoyuldu
30-04-2023, 21:23
10 273

İranda məcburi hicab qanununa görə ilk dəfə avtomobilə həbs qoyuldu

İranda məcburi hicab qanununa görə ilk dəfə avtomobilə həbs qoyulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Gülüstan əyalətinin Polis Komandanlığı məsələ ilə bağlı məlumat yayıb: “Gülüstan əyalətində avtomobilin sərnişini iki dəfə xəbərdarlıqdan sonra da qanunsuz hərəkətlərini davam etdirib. Sözügedən avtomobil təkər kilidi vasitəsi ilə qanuni olaraq sahibinin qarajına yerləşdirilib”.
 

Oxşar xəbərlər