Rusiya Hüseyn Həsənovu "qara siyahı"ya saldı
1-05-2023, 11:33
2 096

Rusiya Hüseyn Həsənovu "qara siyahı"ya saldı

Rusiya hüquq-mühafizə orqanları tanınmış blogerlər Hüseyn Həsənov və Samirə Mustafayevanın vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakına görə yoxlayacaq.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. 
Bildirilir ki, onlarla yanaşı, “qara siyahı"ya rusiyalı blogerlər İnstasamka, Yeqor Krid, Oksana Samoylova, Dina Saeva, Viktoriya Bonya və başqaları da daxildir. 
Bloggerlər vergi borcunu ödəsələr, siyahıdan çıxarıla bilərlər.

Oxşar xəbərlər