Talibanın sözçüsü Şoyquya cavab verdi
1-05-2023, 12:10
2 408

Talibanın sözçüsü Şoyquya cavab verdi

Əfqanıstan rəhbərliyi təkcə ölkədə deyil, həm də regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən siyasət aparır.
Bu barədə Talibanın rəsmi nümayəndəsi Zəbihullah Mücahid "Twitter" səhifəsində məlumat yayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Əfqanıstandakı radikal qruplaşmaların regionun təhlükəsizliyinə əsas təhdid olması ilə bağlı sözlərinə münasibət bildirən Mücahid bildirib ki, bu ölkədən Mərkəzi Asiya ölkələrinə heç bir təhlükə yoxdur.
"Rusiya hökumət rəsmiləri başa düşməlidirlər ki, son iki ildə region və dünya ölkələri üçün Əfqanıstandan heç bir təhlükəsizlik təhdidi olmayıb", - Taliban sözçüsü yazıb.

Oxşar xəbərlər