Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırıldı
1-05-2023, 12:21
2 365

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırıldı

Təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 
"Rusiyanın Stavropol diyarında “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işlərinin aparılması məqsədilə mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Ermənistana təbii qazın verilməsi dayandırılıb",- KİV-də  qeyd olunub. 

Oxşar xəbərlər