Rusiyada dəmir yolu partladıldı - Yük qatarı aşdı
1-05-2023, 13:10
8 188

Rusiyada dəmir yolu partladıldı - Yük qatarı aşdı

Rusiyanın Bryansk vilayətində dəmir yolu partladılıb. 
Rusiya mətbuatı xəbər verir ki, partlayış nəticəsində yük qatarı relsdən çıxıb. 
Vilayətin rəhbəri Aleksandr Boqomaz qeyd edib ki, insident Bryansk-Uneça dəmir yolunun 136-cı kilometrliyindəki Uneça rayonunda baş verib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb. Nəqliyyatın hərəkəti dayandırılıb.

Oxşar xəbərlər