Tələbə rəssamın sənət əsərini yedi
1-05-2023, 15:13
7 700

Tələbə rəssamın sənət əsərini yedi

Cənubi Koreyadan olan tələbə Noh Huyn-soo rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsi olan bananı yeyib. 
Xarici KİV xəbər verir ki, tələbə səhər yeməyi yeyə bilmədiyini və ac olduğunu deyib.
Kattelanın "BİZ" sərgisinin bir hissəsi olan "Komediyaçı" yerləşdirmə əsəri Seuldakı Leeum İncəsənət Muzeyində divara yapışqan lentlə yapışdırılmış banandan ibarət idi.
Tələbə bananı yedikdən sonra qabığını divara yapışdırıb. Muzey daha sonra həmin yerə yeni banan qoyub. 

Oxşar xəbərlər