Nadir “Ferrari” yarım milyona satılır
1-05-2023, 18:34
7 219

Nadir “Ferrari” yarım milyona satılır

Məhdud sayda olan “Ferrari 458 Italia” avtomobili satışa çıxarılıb. 
Bu avtomobilin istehsalı 2015-ci ildə dayandırılıb. Onun istehsalından 10 il keçsə də, İtaliya brendinin pərəstişkarlarının bu maşına qarşı tələbatı hələ də var. 
Məlumata görə, bu avtomobil 605 at gücündədir və “V8” mühərriki ilə təchiz olunub. 
Maşın 20 düymlük qara təkər disklərinə malikdir.
Qeyd edək ki, bu “Ferrari 458 Speciale” markalı avtomobil 10 il əvvəl 320 min dollara satışa çıxarılmışdı. Hazırda isə bu avtomobil yarım milyon dollara satılır. 





 

Oxşar xəbərlər