Çində çox sayda insan ölümü ilə nəticələnən partlayışın görüntüləri yayıldı
1-05-2023, 18:57
7 246

Çində çox sayda insan ölümü ilə nəticələnən partlayışın görüntüləri yayıldı

Çinin şərqindəki Şandun əyalətində “Sinochem” kimya korporasiyasının hidrogen peroksid məhlulu istehsal edən müəssisəsində partlayış baş verib.
Partlayış və yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bir nəfərin itkin düşdüyü bildirilir.
Yaralıya tibbi yardım göstərilib, xilasetmə əməliyyatı aparılır. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırırlar.

Mənbə: TASS

Oxşar xəbərlər