İstanbulda gəmiqayırma zavodunda YANĞIN
2-05-2023, 11:47
1 758

İstanbulda gəmiqayırma zavodunda YANĞIN

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonundakı gəmiqayırma zavodunda yanğın baş verib.
Hazırda gəmilərdən birində başlayan yanğına yanğınsöndürənlər tərəfindən müdaxilə edilir.
Məlumata görə, yanğın yük gəmisində başlayıb. İşçilər zavoddan təxliyə edilib. 
Qeyd edək ki, may ayının 1-də də sözügedən zavodda təmir edilən gəmi qaynaq işləri zamanı yanmışdı. 

Oxşar xəbərlər