Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb
2-05-2023, 12:41
1 689

Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyaya qarşı hücum üçün 8 briqada yaradılıb.
Bu  barədə o, “İnterfaks-Ukrayna” agentliyinə danışıb. 
Onun sözlərinə görə, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb.
Briqadaları silahla təchiz etdiklərini bildirən nazir Klimenko, "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir", -  deyə ifadə edib.  
Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.

Oxşar xəbərlər