Alen Simonyan sabah Türkiyəyə gedəcək - YENİLƏNİB
2-05-2023, 15:13
7 584

Alen Simonyan sabah Türkiyəyə gedəcək - YENİLƏNİB

Ermənistanın Milli Məclisin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti sabah Türkiyəyə yola düşəcək.
Bu barədə erməni mətbuatı məlumat yayıb. 
Bildirilir ki, Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş üzv dövlətlərin parlament başçılarının sammitində və Baş Assambleyanın plenar iclasında iştirak edəcək.
Alen Simonyan parlament başçılarının sammiti zamanı çıxış edəcəyi gözlənilir. 
***12:28
Ermənistan parlamentinin deputatları Türkiyəyə gedəcək.
Bu barədə mayın 2-də Ermənistan parlamentinin növbəti iclasında bildirilib. 
Məlumata görə, səfər 4 may tarixində baş tutacaq: "Qara dəniz nümayəndə heyətinin üzvləri ilə Türkiyəyə, Ankaraya yola düşürük. Burada bizi kifayət qədər mürəkkəb gündəm gözləyir", - Türkiyə ilə danışıqlarda iştirak edən erməni deputat Ruben Rubinyan deyib. 

Oxşar xəbərlər