Qızardılmış qidalar depressiyaya səbəb olur
3-05-2023, 11:54
1 767

Qızardılmış qidalar depressiyaya səbəb olur

Çində aparılan araşdırmalara görə qızardılmış yeməklər depressiyaya səbəb olur.
Xarici mətbuat xəbər verir ki, 11 il davam edən tədqiqatda 140 min 728 adam izlənilib və onların yedikləri qızardılmış qidaların psixi sağlamlığa təsiri araşdırılıb. 
Kartof qızartması çox yeyənlərin yeməyənlərə nisbətən yüzdə 12 daha çox narahatlıq keçirdikləri və yüzdə 7-si isə daha çox depressiyaya düşdüyü müşahidə olunub. 
Xüsusilə nişastalı qidalar yüksək temperaturda bişirildikdə zərərli akrilamid maddəsinin meydana çıxdığı aşkarlanıb. Bu isə beyindəki neyronlara təsir göstərir. 
Həkimlər əsasən hamilə qadınların qızardılmış qidalardan uzaq olmasını tövsiyə edib. 
Bildirilir ki, əgər bu cür yeməklərdən imtina edə bilmirsinizsə, kartofları doğradıqdan sonra bir saat suda saxlayın və üzərinə limon sıxın. Bu kartofda olan nişastanı az da olsa azaldacaq. Daha sonra isə yağda yüngülcə qızartmağınız məsləhət görülür. 

Oxşar xəbərlər