Piranalar insanlara hücum etdi, 8 yaralı var
3-05-2023, 18:59
7 383

Piranalar insanlara hücum etdi, 8 yaralı var

Braziliyada pirananın hücumu nəticəsində 8 nəfər yaralanıb.
Xarici media bildirir ki, balıqlar çimərlikdə istirahət edənlərin ayaqlarını dişləyib.
KİV-in məlumatına görə, hadisə Amazonda yerləşən Manaus şəhəri yaxınlığında baş verib. Zərərçəkənlər kiçik axarda çimərkən ayaqlarında kəskin ağrı hiss ediblər. Onlardan biri bildirib ki, insanlar piranaların qurbanı olduqlarını yalnız sudan çıxanda anlayıblar.
Həkimləri gözləyən insanlar balıq dişlədikdən sonra yaralarını yerində sarmağa məcbur olublar.

Oxşar xəbərlər