Braziliyanın eks-prezidentinin evində axtarış aparılıb
4-05-2023, 10:09
1 449

Braziliyanın eks-prezidentinin evində axtarış aparılıb

COVID-19 peyvənd kartını saxtalaşdırmaqda ittiham edilən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun evində polis tərəfindən axtarış aparılıb.  
Aparılan istintaq çərçivəsində eks-prezidentin mobil telefonu müsadirə edilib.
Hadisədən sonra Braziliya federal polis sözçüsü açıqlama yayıb. Bildirilir ki, Rio-de-Janeyroda Covid-19 peyvəndi ilə bağlı saxta məlumatların ölkənin səhiyyə sisteminə daxil edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində 16 fərqli yerdə axtarış aparılıb və 6 nəfər həbs edilib. 
Açıqlamada, 2021-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər saxta Covid-19 məlumatlarının daxil edildiyi, peyvənd kartları dəyişdirilən şəxslərin ABŞ-ın peyvənd mandatına uyğun gəlməsinə icazə verildiyi bildirilib.
Bəyanatda Bolsonaronun və ya onun ən yaxın müttəfiqlərindən biri olan Mauro Cidin adları yer almayıb. Bununla belə, hüquq-mühafizə orqanı rəsmisi Bolsonaronun Federal Polisin qərargahında ifadə verəcəyini və Mauro Cidin həbs olunduğunu təsdiqləyib. 

Oxşar xəbərlər