Türkiyədə deputatlığa namizəd həbs edildi
4-05-2023, 10:17
1 534

Türkiyədə deputatlığa namizəd həbs edildi

Türkiyədə Yaşıl Sol Partiyasının Eskişəhər 3-cü millət vəkili namizədi Müslüm Koyun “terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
Bildirilir ki,  Eskişehirdə yerləşən 8 vilayətdə terror təşkilatına keçirilən əməliyyatda Yaşıl Sol Partiyasının Eskişehir 3-cü millət vəkili namizədi Müslüm Koyun, İstanbul 1-ci mahal 16-cı namizədi Burcu Ayyıldız və İzmir 1-ci mahal 8-ci namizədi Arefe Meryem Yıldırım saxlanılıb.  
Müslüm Koyun "təşkilata üzv olmaq" ittihamı ilə həbs edilib. Digər şübhəlilər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Oxşar xəbərlər