İngiltərə kralının tacqoyma mərasiminə 29 min polis yerləşdiriləcək
4-05-2023, 10:57
1 730

İngiltərə kralının tacqoyma mərasiminə 29 min polis yerləşdiriləcək

Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimi zamanı paytaxt Londonun küçələrində təhlükəsizliyi təmin etmək üçün 29 mindən çox polis əməkdaşı olacaq.
Bu  barədə  BBC məlumat yayıb. 
Bildirilir ki, xüsusilə tacqoyma günü Londonun küçələrində 11 mindən çox polis patrul edəcək. Bundan əlavə, polis itləri, odlu silahlar bölməsi, dəniz dəstəyi bölməsi və xüsusi polis qüvvələrinin əməkdaşları hər hansı bir hadisə və ya cinayətə cavab vermək üçün iştirak edəcəklər.

Oxşar xəbərlər