Xersonda 3 günlük matəm elan edildi
4-05-2023, 11:27
1 686

Xersonda 3 günlük matəm elan edildi

Ukraynanın Xerson vilayətində Rusiya tərəfindən öldürülən dinc sakinlərə görə 3 günlük matəm elan edilib.
Bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib. 
Onun sözlərinə görə, mayın 3- də  rusların raket zərbələri nəticəsində Xersonda 23 nəfər ölüb, 46 nəfər yaralanıb.
"Düşmənin hədəfləri yaşadığımız, işlədiyimiz yerlərdir. Onların məqsədi bizim və uşaqlarımızın həyatıdır", -  deyə Prokudin vurğulayıb.

Oxşar xəbərlər