Rusiyada hərbi komissarlığı yandıran şəxs 13 il müddətinə həbs edildi
4-05-2023, 13:14
3 194

Rusiyada hərbi komissarlığı yandıran şəxs 13 il müddətinə həbs edildi

Rusiyanın Omsk şəhərində hərbi komissarlığın binası yandırılıb. 
Birinci Şərq Dairə Hərbi Məhkəməsi Qazaxıstan sakini Ansaqan Moldaxmetovu hərbi komissarlığın binasını yandırdığına görə ciddi rejimli koloniyada 13 il müddətinə azadlıqdan məhrum  edib. 
Məlumata görə, ötən ilin mayında tanımadığı şəxs Moldaxmetovla "Telegram" messenceri vasitəsilə əlaqə saxlayıb və hərbi komissarlığın binasını yandırdığı üçün ona 6 milyon təngə (1 milyon rubl) verib.
Moldaxmetov dostu ilə "Molotov kokteyli" hazırlayaraq gecə saatlarında Mərkəzi və Sovet rayonları üzrə hərbi komissarlığın binasını yandıraraq hadisə yerindən qaçıblar.

Oxşar xəbərlər