Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
4-05-2023, 14:01
3 014

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 192 590 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 707 tank, 7 216 zirehli maşın, 2 962 artilleriya sistemi, 547 reaktiv yaylım atəşi sistemi, 304 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 523 PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 5 886 avtomobil texnikası və avtosistern, 370 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər