Loboda Latviyada problemlər yaşayır
4-05-2023, 18:16
7 509

Loboda Latviyada problemlər yaşayır

Ukraynalı müğənni Svetlana Loboda Latviyada qanunlara görə problemlər yaşadığını etiraf edib.
Bu barədə o, “The Voice”də danışıb.
“Riqada keçən il sürücülük vəsiqəmdən məhrum edilmişdim, saatda 170 km sürətlə hərəkət edirdim”, - deyə, bildirən Lobodanın sözlərinə görə, Latviya hüquq-mühafizə orqanları onun altı ay ərzində avtomobillə ölkəni gəzməyə icazə verilən sənədini əlindən alıblar.Bununla belə, sənətçi Latviyaya köçdüyünə peşman deyil. O hesab edir ki, ölkə onu “seçib”:
“Mən tez-tez Yurmalada qastrollarda olurdum, konsertlərlə Riqaya gəlirdim və düşünürdüm ki, burada kiçik bir evim olsun, orada bir az vaxt keçirsəm, əla olar, çünki burada özünüzü torpağınızda hiss edirsiniz. İndi özümü evdə hiss edirəm”.
Bundan əvvəl Svetlana Loboda rus dilində olan mahnılarını Ukrayna dilinə çevirməyin çox axmaqlıq olduğunu bildirib. O, əvvəllər yaratdığı mahnılardan imtina edə bilməyəcəyini qeyd edib. Bundan əlavə, Loboda pərəstişkarlarına xəyanət edə bilməyəcəyinə işarə edib. O, təkcə Ukraynada deyil, həm də çoxunun rus dilində danışdığı keçmiş SSRİ ölkələrində populyarlıq qazandığı üçün bu addımı atmayacağını bildirib.

Oxşar xəbərlər