"Ermənistanla Türkiyə arasında hələ də həll olunmamış məsələlər var" - Simonyan
4-05-2023, 17:00
6 605

"Ermənistanla Türkiyə arasında hələ də həll olunmamış məsələlər var" - Simonyan

Ermənistanla Türkiyə arasında hələ də həll olunmamış çoxlu məsələlər var.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyədə parlament sədrlərinin sammitində çıxışı zamanı deyib.
"Keçən ildən etibarən Ermənistan və Türkiyə münasibətlərin normallaşması prosesinə başlayıb, bu proses çərçivəsində müəyyən nailiyyətlər qeydə alınıb, lakin hələ də həll olunmamış çoxlu məsələlər var.
Ümid edirik ki, yaxın gələcəkdə quru sərhədindən nəinki humanitar yüklərin daşınması, hətta onu beynəlxalq daşıma və ticarət üçün açmaq mümkün olacaq", - deyə Simonyan bildirib.

Oxşar xəbərlər