"Vaqner"in rəhbəri Şoyqunu təhqir etdi
5-05-2023, 10:16
1 447

"Vaqner"in rəhbəri Şoyqunu təhqir etdi

Ukraynadakı müharibədə iştirak edən Rusiya "Vaqner" özəl hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin öldürülən rus hərbçilərinin cəsədlərinin görüntülərini yayıb. 
Rusiya KİV xəbər verir ki, o, Ukrayna ordusu tərəfindən öldürülən muzdluların cəsədləri fonunda Rusiya Federasiyasının hərbi rəhbərliyinə videomüraciət edib. 
O, sursat çatışmazlığının 70%-ə çatdığını bildirərək Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu sərt təhqir edib.
"Bizdə 70% sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat haradadır? Məxluqlar, bahalı klublarda oturursunuz. Övladlarınız əylənir, YouTube-da videolar çəkirlər. Düşünürsən ki, siz bu həyatın ağalarısınız. Elementar hesablamalar var - sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər...", - deyə o bildirib. 



Oxşar xəbərlər