87 yaşlı Dalay Lama əbədi cavanlığın sirrini açıqladı: “Üzüm gənc görünür, çünki...”
5-05-2023, 10:56
1 510

87 yaşlı Dalay Lama əbədi cavanlığın sirrini açıqladı: “Üzüm gənc görünür, çünki...”

87 yaşlı Dalay Lama XIV Tenzin Qyatso əbədi gəncliyin sirrini açıqlayıb.
Onun sözlərinə görə, şüur təlimi gənc görünüş  və sağlam psixikanın saxlanmasına kömək edir.
“Üzüm gənc görünür, çünki mən şüurumu inkişaf etdirmə üzərində işləyirəm. Həmçinin ruhi vəziyyətimi həmişə sakit, dinc saxlamaqla qorumağa çalışıram”, - deyə o bildirib.
Dalay Lamanın sözlərinə görə, sağlamlığı qorumaq üçün dərmansız da keçinmək olar.
“Bunun üçün nəfəs məşqlərindən istifadə edə bilərsiniz”, - deyə o tövsiyə edib və özünün də hər gün meditasiya etdiyini bildirib.
Mənbə: Lenta.ru

Oxşar xəbərlər