Borca görə dostunu parçalayıb, hissələrini şəhərə səpdi
5-05-2023, 13:10
1 558

Borca görə dostunu parçalayıb, hissələrini şəhərə səpdi

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Yerli media bildirir ki, hadisə Leninqrad vilayətinin Vıborq şəhərində baş verib.
Məlumata görə, həmin şəxslər pul borcuna görə mübahisə ediblər. Mübahisə zamanı aşpaz dostunun boğazını bıçaqla kəsərək onu qətlə yetirib. Sonra balta ilə onun cəsədini parçalayıb və qalıqlarını müxtəlif bağlamalarda şəhərə səpələyib.
Şəhər sakinləri ayrı-ayrı yerlərdə bağlamalarda bədən əzaları tapıblar. Tezliklə hüquq-mühafizə orqanları dəhşətli qətli törədən aşpazın yanına gələrək, onu hadisə baş verən kirayə mənzildə tutublar.
Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər