İsfahanda polis zabiti müəmmalı şəkildə öldürüldü
5-05-2023, 15:35
6 918

İsfahanda polis zabiti müəmmalı şəkildə öldürüldü

İranın İsfahan şəhərində polis zabiti Mehdi Yəzdi öldürülüb, bir zabit isə yaralanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilib ki,  şəhər polis idarəsinin rəisi polkovnik Məsud Toreyfi zabitin cinayətkarları təqib etdiyi zaman avtomobilinin aşması nəticəsində öldüyünü açıqlayıb.
Ancaq bir sıra media orqanları polis rəisinin iddiasının əksinə olaraq, Mehdi Yəzdinin silahlı qarşıdurma zamanı güllələndiyini bildirirlər.

 

Oxşar xəbərlər